Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İran minlərlə insanın həbs edildiyini təsdiqlədi


İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2 400 nəfərin həbs edildiyini açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

O bildirib ki, daha 1 118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və məhkəmə işlərinə baxılmasını gözləyir.

Sitayeşinin sözlərinə görə, sentyabrın ortalarından bu günə kimi İranı bürümüş nümayişlərdə iştirak etdikləri üçün ümumilikdə 2 432 etirazçıya məhkəmələr tərəfindən ilkin hökm oxunub.

İnsan haqları təşkilatlarının noyabrın 21-də yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə