İranda İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti, general Nasir Şabani koronavirusdan vəfat edib.
Xeberinmerkezi.az bildirir ki, bu barədə Tasnim agentliyi mlumat yayıb.
Bildirilir ki, mərhum general 37 ildən artıq İran silahlı qüvvələrində qulluq edib.
Qeyd edək ki, xəstəlik İranın Birinci vitse-prezidenti Eskhak Cahangiri, Turizm, Mədəni İrs və Sənətlər naziri Əli Əsgər Munesan və Ticarət, Sənaye və Mədənlər naziri Rezu Rəhmani də daxil olmaqla, bir çox yüksək vəzifəli şəxslərində aşkar edilib. Bundan əlavə, ölkə Məclisinin 23 deputatının analiz nəticələri müsbət olub. Onlardan ikisi - seçilmiş millət vəkili Fatimə Rəhbər və hazırkı üzvü Məhəmməd Əli Ramazani xəstəlikdən vəfat edib.