Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İrəvan təşvişdə: Başqa çarə yoxdur

Ermənistan üçün yeganə alternativ Qarabağ problemini həll edərək, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır.

Bu məlumatı “Politik.am” saytı yayıb. Sayt Gürcüstan və İranda olan nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib:

“Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz”.

Məqalədə Ermənistan üçün vacib kartın Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması ola biləcəyi qeyd edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə