Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İsmayıllıda avtomobili çaya düşən Qarabağ müharibəsi əlili ağır xəsarət alıb




Avtomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobili kəsib, onun içərisində sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Müharibə əlili ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Avtomobilin 15 metr hündürlükdən çay yatağına
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə