Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İsmayıllıda qanunsuz ağac kəsintisi faktı aşkarlandı - FOTO

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlif cinsli beş ağacın kəsilməsi faktı aşkar edilib.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, təcili tədbirlər nəticəsində polis əməkdaşlarının köməyilə ağacları kəsən şəxsin 23-BG-880 dövlət nömrə nişanlı “QAZel” markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb və qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu məlum olub.

Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimə olunub.

ETSN İsmayıllı əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, ictimai yerlərdə qınasınlar, meşələrin mühafizə olunmasında kömək göstərsinlər.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə