Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

İspaniyada koronavirusdan ölənlərin sayı 24 mini ötdü

İspaniyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) daha 325 nəfər ölüb.

Xeberinmerkezi.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla İspaniyada koronavirusdan ölənlərin sayı 24 147 nəfərə çatıb.

Bu arada Baş Nazir Pedro Sançes bildirib ki, İspaniya iyun ayının sonunda karantin rejimini tamamilə aradan qaldırıb, normal həyata qayıda bilər.

Onun sözlərinə görə, hökumət ölkənin tədricən karantindən çıxmasına dair dörd mərhələdən ibarət plan qəbul edib.

Baş Nazir əlavə edib ki, bu mərhələlər 8 həftəyə kimi davam edəcək. Bütün bölgələrdə epidemiyanın inkişafı nəzarətə alınsa, iyunun sonunda İspaniya normal həyata qayıda bilər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə