İstanbulda güclü partlayış: 6 ölü, 53 yaralı
İstanbulun mərkəzi küçələrindən olan İstiqlal küçəsində partlayış baş verib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları göndərilib.
Yaralıların olduğu bildirilir.
***
İlkin məlumatlara görə, partlayış nəticəsində 11 nəfər yaralanıb. Ölənlərin sayı açıqlanmır. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.
***
İstanbulda partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər isə xəsarət alıb.
Bu barədə İstanbul valisi Əli Yerlikaya məlumat verib.
Baş verən partlayışda 6 nəfər həlak olub, 53 nəfər isə yaralanıb.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında deyib.