İtaliyada atışma: yaralılar var
İtaliyanın Ardea şəhərində atışma olub.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “RaiNews24” telekanalı məlumat yayıb.
Atışma zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri yaşlı kişi, ikisi uşaqdır.
Hadisəni törədən şəxs qaçaraq gizlənib. Ardeanın və qonşu Pomesiya və Ansio şəhərlərinin hüquq-mühafizə orqanları cinayətkarın axtarışına başlayıblar.