Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Kadırov məşhur türk aşpazın restoranında 


Çeçenistanın rəhbəri Ramzan Kadırov tanınmış türkiyəli aşpaz Burak Özdəmirin Dubayda yerləşən restoranına gedib.

Bu barədə siyasətçi özünün “VKontakte” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“CZN Burak” adlı restoranda Çeçenistan rəhbərinə müxtəlif dadlı təamlar təqdim edilib. “Türk şeytanı” adı ilə tanınan usta aşpaz Kadırovun şərəfinə üzərinə onun adı yazılmış fətir bişirib. Restoranda çəkilmiş görüntülər böyük marağa səbəb olub.

Qeyd edək ki, R.Kadırov bugünlərdə BƏƏ-yə işgüzar səfər edib. Onun ölkə rəsmilərilə görüşdüyü bildirilib.  

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə