Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Kanadada meşə yanğınları ilə mübarizə aparan pilot həyatını itirib


Kanadanın Alberta əyalətində meşə yanğınları ilə mübarizə aparan helikopterin pilotu həlak olub.

Pilotun ölümünə Kanadanın Baş naziri Castin Trüdo da münasibət bildirib.

“Daha bir kanadalının meşə yanğınları ilə mübarizə zamanı həlak olduğunu eşidəndə ürəyim ağrıdı. Onun əyalətinə və ölkəmizə xidmətlərini heç vaxt unutmayacağıq”, - deyə Kanadanın Baş naziri bildirib.

Qeyd olunur ki, hazırda Kanada ərazisində 900-ə yaxın yanğın ocağı mövcuddur, onlardan 553-ü nəzarətdən çıxmış hesab edilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə