Kim Çen İn çağırış etdi: Müharibəyə hazırlaşın
Şimali Koreya lideri Kim Çen İn ölkəni müharibəyə hazırlaşmağa çağırıb.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Kim Çen İn Mərkəzi Hərbi Komissiyasının iclasında Şimali Koreya düşmənlərinin qarşısının alması ilə bağlı əks-tədbirlər planını müzakirə edib.
Agentlik bildirib ki, Kim Çen İn həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisini də dəyişdirib. Bildirilib ki, cəmi 7 aydır bu vəzifədə olan genaralın yerinə keçmiş müdafiə naziri Ri Yon Gili təyin edilib.
Kim hərbçiləri müasir silah və texnikalarla təlimlər keçməyə də çağırıb.