Korona dünyada havanın temperaturunu dəyişdi
Bütün dünyada havalar soyuq keçir. Hətta Azərbaycanda aprelin sonunda dağ rayonlarına qar yağıb. ABŞ-ın əksər şəhərlərində də havalar soyuqdur, qar yağmasa da, gecələr hərarət bəzən -1 dərəcəyədək aşağı düşür. Bu onu göstərir ki, yayılmış virus bütün dünyada hava temperaturunu dəyişib.
Xeberinmerkezi.az xəbər verir ki, mütəxəssislərin qənaətinə görə, bütün bunlar atmosferə buraxılan zəhərli qazların emissiyasının azalması səbəbindəndir. Çünki hazırda avtomobillərdən, təyyarələrdən əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə az istifadə olunur, zavod-fabriklər işləmir, buna görə də hava daha təmizdir.
Bu dəyişikliyin insan orqanizminə müsbət təsiri olsa da, kənd təsərrüfatı məhsullarının məhsuldarlığına mənfi təsir göstərəcəyi düşünülür.
Builki mövsümdə bütün dünyada meyvə və tərəvəz qıtlığının yaranması ehtimalı da var.