Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Koronavirusun ürəyi zəiflətdiyi təsdiqləndi

Türkiyənin Ordu Universitetinin Təhsil və Araşdırma Xəstəxanasında Covid -19 infeksiyasının uzunmüddətli təsirləri ilə bağlı araşdırma aparılıb. Testi pozitiv çıxaraq ambulator müalicə alan 105 xəstə ilə sağlam 105 nəfərin ürək döyüntüləri izlənilib. Koronavirusa yoluxanlarda ürək çatışmazlığına səbəb olan ürək kontraktil funksiyasının azalması müəyyən edilib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxananın daxili xəstəliklər kafedrasının kardiologiya şöbəsinin müəllimləri Osman Bektaş və Fatih Akkaya tərəfindən "Yüngül Covid-19-un sağ mədəciyə uzunmüddətli təsiri" adlı araşdırması aparılıb. 3 ay müddətində Covid-19 testi pozitiv çıxaraq ambulator müalicə alan xəstələrlə sağlam insanların ürək döyüntüləri izlənilib. Araşdırmaya cəlb edilənlərin mədəcik funksiyaları adi ikiölçülü exokardioqrafiya və 2D qabaqcıl exokardioqrafik sistemlə görüntülənib. Araşdırma ilə bağlı məlumat verən Osman Bektaş bildirib ki, xəstəliyi yüngül keçirənlərin ürəyi koronavirusdan təsirlənir: “Araşdırma zamanı xüsusilə ürəyin sağ tərəfinin koronavirusdan təsirləndiyinin şahidi olduq. Koronavirusa qədər ürəyindən şikayəti olmayan bir neçə xəstədə infeksiyaya yoluxandan sonra ürək çatışmazlığı müşahidə etdik. Yəni müəyyən etdik ki, xəstəliyi yüngül keçirsələr də, ürəkdə problemlər yaranır”.


Bektaş qeyd edib ki, koronavirusu ağır keçirənlərin ürəyində iltihablaşma və ürək əzələlərinin tutulmasına rast gəlinir. Koronavirusun xəstəliyi yüngül keçirənlərin ürəyinə təsir edib-etmədiyi araşdırılıb. “Bu xüsusi görüntülərlə gərginlik dediyimiz daralma qüsurunun olub-olmadığını qiymətləndirdik. Araşdırmada xüsusilə koronavirus xəstələrində ürək fermentlərinin qanda səviyyəsinin artması müşahidə edilir. Araşdırma sübut edir ki, koronavirusun ürəyə təsir etdiyini söyləməyə əsaslar var.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə