Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Kreml Paşinyanın bəyanatına reaksiya verdi


Rusiya tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalaraq, KTMT ilə bağlı Ermənistanın mövqeyini aydınlaşdıracaq.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Erməni dostlarımızla işimizi davam etdirəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Ümid edirik ki, istənilən halda tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə sadiq qalacağıq”, - o bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri KTMT-də iştirakının dondurulması kontekstində bəyan edib ki, növbəti məntiqi addım İrəvanın bu blokdan çıxması olacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə