Kurskda rusların texnika kolonu darmadağın edildi
Ukrayna orduusu Kursk vilayətində Rusiyanın 155-ci briqadasının zirehli texnika kolonunu darmadağın edib.
Bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Kursk vilayətinin Nikolski qəsəbəsində keçmiş SSRİ bayraqları ilə bəzədilmiş zirehli texnikalara dronlarla zərbələr endirilib.
Rusiya hərbi müxbirləri həmin istiqamətə 10-dan çox tankın göndərildiyini bildiriblər.