Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

La Liqada üç futbolçuda koronavirus aşkar edildi


İspaniya çempionatında (La Liqa) çıxış edən üç futbolçunun koronavirus testləri müsbət nəticə verib.

Bu barədə RAC1 məlumat yayıb.

Bu həftə İspaniya çempionatının bir sıra komandaları futbolçular arasında məcburi koronavirus testi keçiriblər. Bu komandalar arasında “Barselona” və “Real” da olub.

Nəşr eyni zamanda ölkə futbolunun gücünə görə ikinci divizionunda (Segunda) çıxış edən iki futbolçuda koronavirus aşkarlandığını qeyd edib.

Yoluxma sayının artması istisna edilmir, çünki hələlik bütün klubların testlərinin nəticələri açıqlanmayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə