Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Lavrov İsrailin yeni XİN rəhbəri ilə telefonla danışdı

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İsrailin yeni XİN rəhbəri Yair Lapidlə telefon danışığı olub. Bu barədə Rusiya XİN məlumat yayıb. Lapidi yeni vəzifəsi münasibətilə təbrik edən Lavrov Rusiya və israil arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi naminə birlikdə çalışmağa hazır olduğunu bildirib.

XİN rəhbərləri ölkələr arasındakı dinamik təmaslara, humanitar əlaqələrin vəziyyətinə, ticarət və iqtisadi əməkdaşlıq potensialının inkişafına müsbət qiymət veriblər və Yaxın Şərq, Şimali Afrika, Suriya ətrafındakı vəziyyəti müzakirə ediblər.

Telefon danışığı İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə