Lerikdə turist avtobusu qəzaya uğradı: 8 nəfər dünyasını dəyişib
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Xəbərin Mərkəzi.az Report-a istinadla xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qəza zamanı 8 nəfər ölüb. Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadova Səyyad Hacıbala qızı (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızıdır (1959).
***
Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğraması nəticəsində ölən və yaralananların adları məlum olub.
Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləri: - Səyyadov Səyad Hacıbala oğlu (1959-cu il təvəllüdlü), Kərimova Nazilə Ağəli qızı (1958), Fərəcova Şərafət Ənvər qızı (1959), İbrahimova Əsbət Ağabala qızı (1952), Qurbanova Gülər Məmmədağa qızı (1959), Ağayeva Şəfiqə Rəhim qızı, Səyyadova Zəhra Rəhim qızı (1960), Axundova Lətifə Zaman qızıdır (1953).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb.
Qəza zamanı 8 nəfər ölüb: Xəlilova Dilarə İslam qızı, Həşimova Sərvər Əhməd qızı, Axundova Saray, Ağayeva Təcrübə, Cəfərova Güldəstə, Rzayeva Səmayə Ağababa qızı, Tahirova Zərintac İslam qızı.
Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Hazırda 8 yaralıdan biri olan sürücü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.
Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da, stabilləşməyə doğru gedir.