Leyen namizədliyini irəli sürəcəyini açıqladı
Ursula fon der Leyen növbəti dəfə Avropa Komissiyası prezidenti vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Xeberinmerkezi.az xəbər verir ki, o, bu barədə Berlində Xristian Demokrat İttifaq Partiyasının idarə heyətinin iclasında məlumat verib.
Leyen bildirib ki, 2019-cu ildə ona Avropa Komissiyasının rəhbəri olmaq təklif edildikdə, o, bununla intuitiv olaraq razılaşıb:
"Bu gün isə mən tamamilə şüurlu və düşünülmüş qərar verirəm. İkinci müddətə namizəd olmaq istəyirəm".
Qeyd edək ki, daha əvvəl “Bild” nəşri Leyenin quruma ikinci müddətə rəhbərlik etmək niyyətində olduğunu yazmışdı.