Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Leyla Əliyevadan maraqlı təklif

Azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Leyla Əliyevanın oğlu Əli də iştirak edib.

Tərəflər görüş zamanı maraqlı bir razılığa gəliblər. Belə ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Stalik Xankişiyevə aparıcısı olduğu “Kazan-Manqal” verilişində müsabiqə təşkil etməyi təklif edib.

Müsabiqənin qalibi olacaq şəxs azərbaycanlı kulinarla birgə Bakıya səyahət bileti əldə edəcək. Qalib həmçinin ölkəmizin başqa gəzməli-görməli yerlərində də olmaq şansı qazanacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə