Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır



Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Birliyinin Sülh Fondundan Ermənistana 10 milyon avroluq dəstək layihəsinə veto qoyub.

Bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu məlumat yayıb.

Məlumata görə, Macarıstan vetonu qaldırmaq müqabilində Azərbaycanın da sözügedən proqrama daxil olunmasını tələb edib.

Qeyd edək ki, Avropa Birliyinin Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə