Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Magistraturaya qəbul qaydaları açıqlandı


“Magistr” jurnalının birinci nömrəsi nəşr olunub.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

DİM-in “Magistr” xüsusi buraxılışının birinci nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarını, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramlarını, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələrini Azərbaycan və rus dillərində çap edib.

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M (DİM-in binası);
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28 (DİM-in binası).

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə