Mahir Emreli dubl edib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasının heyətində dubl müəllifi olub.
Xəbərin Mərkəzi.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın 30-cu turuna təsadüf edib.
Doğma meydanda "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. Qarşılaşmanı yüksək səviyyədə keçirən forvard 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.
Bununla belə, 27 yaşlı hücumçunun qolları komandasına xal qazandırmayıb. Yekun nəticədə "Paderborn" 3:2 hesablı qələbəyə sevinib.