Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Makron nüvə silahı tətbiqinin müzakirəsinə çağırdı



Fransa Prezidenti Emmanuel Makron nüvə silahı da daxil olmaqla, Avropanın müdafiəsinin gələcəyi ilə bağlı müzakirələrə başlamağa çağırıb.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

“Mən Avropanın müdafiəsi ilə bağlı müzakirənin açılmasının tərəfdarıyam. Bu müzakirəyə nüvə silahlarının mövcudluğu da daxil edilməlidir. Gəlin görək, bizi həqiqətən nə qoruyur”, - Makron bildirib.

Makron qeyd edib ki, Fransa öz spesifikliyini qoruyacaq, lakin Avropa torpaqlarının müdafiəsinə daha çox töhfə verməyə hazırdır:

“Fransa doktrinası həyati maraqlara təhlükə yarandığı hallarda nüvə silahından istifadə etməyə icazə verir”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə