Mehdiabadda yaşlı kişi özünü bıçaqladı
Abşeron rayonunda 62 yaşlı kişi özünü bıçaqlayıb.
Xeberinmerkezi.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, “Qarant” yaşayış massivində baş verib.
Belə ki, qəsəbə sakini 1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Müsül oğlu özünə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.
Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.