Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Meksikada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğradı

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, helikopterin göyərtəsində olan qonşu Verakruz əyalətinin daxili işlər naziri Erik Kisneros xəsarət alıb.

Əyalət xəstəxanasına yerləşdirilən nazirin vəziyyəti sabit qiymətləndirilir.

Hadisə yerindən çəkilmiş fotolar helikopterin quyruq hissəsinin tamamilə çökdüyünü, gövdəsinin zədələndiyini göstərir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə