Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Milli Məclisin 2 əməkdaşında koronavirus aşkarlandı

Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır.

Bu barədə yerli KİV-ə Milli Məclisin Mətbuat xidmətində məlumat verilib.

Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb.

Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edirlər. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə