Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Mingəçevirdə bir ailənin beş üzvü dəm qazından zəhərləndi


Mingəçevirdə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə hadisə gecə saatlarında Bozdağ fərdi yaşayış massivində, 16-cı döngə, ev 14 ünvanında baş verib.

Belə ki, 1978-ci il təvəllüdlü İnqilab Qara oğlu Yusifzadə, onun arvadı, 1978-ci il təvəllüdlü Azadə Afiq qızı Yusifzadə, iki övladı yaşadığı və həmçinin ailə başçısının anası evdə dəm qazından zəhərlənib.

Nənənin və uşaqların vəziyyəti ilkin tibbi yardım göstərildikdən sonra normallaşıb. Ər və huşsuz vəziyyətdə olan arvad isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə