MN daha bir məlumat yaydı: Bu xəbər yalandır!
Ermənistan tərəfi dezinformasiya yayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır", - nazirlikdən bildirilib.