Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Moskvada üç yaşlı uşaq koronavirusdan öldü

Moskvada üç yaşlı uşaq koronavirusdan öldü.

Xeberinmerkezi.az bildirir ki, bu barədə "Baza Telegram" kanalında məlumat verib.

Məlumata görə, uşaq son dörd gününü Morozov Uşaq Xəstəxanasında keçirsə də, həkimlər onu xilas edə bilməyiblər.

"Moskovskiy Komsomolets" yazır ki, oğlan mayın 12-də nənəsi ilə xəstəxanaya yerləşdirilib. Əvvəlcə dişləri zədələnib və həkimlər periostit diaqnozu qoyub. Bir neçə gündən sonra uşağın vəziyyəti kəskin şəkildə pisləşib, COVID-19 testi müsbət nəticə verib.

Mayın 15-i İngiltərədə koronavirusa yoluxmuş oğlan uşağının öldüyü bildirilib. Uşaq doğuşdan üç gün sonra ölüb, o, virusun ən gənc qurbanı hesab olunur. Körpə aşağı ürək dərəcəsi ilə dünyaya gəlib.

Aprelin əvvəllərində Moskvada koronaviruslu bir uşağın doğulduğu məlum olub. Körpənin anasından infeksiya testinin götürüldüyü aydınlaşdırılıb, test müsbət nəticə göstərib. Qadını qeysəriyyə əməliyyatı ediblər.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə