Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Müğənni Kərimə qoyulan qadağa aradan götürülüb

Müğənni Kərim Abbasovun ölkədən çıxışına qoyulan qadağa aradan qaldırılıb.

Bu barədə müğənni İnstagram hesabında paylaşım edib.

Kərim hava limanından görüntü yayımlayaraq Rusiyaya getdiyini göstərib. "Gedək, tur ataq, beynimiz dincəlsin. Daha yerdə gəzmək bəsdir", - deyə o bildirib.

Qeyd edək ki, müğənni Kərim Abbasov ötən ilin sentyabrında toy məclislərindən birində döyülməsi xəbəri ilə gündəmə gəlib. Onun fonoqram oxuduğu üçün toyda olan qonaqlar tərəfindən döyüldüyü iddia olunub. Barmağı zədələnən ifaçıdan qarşı tərəf də polisə şikayət edib.

Daha sonra o, verilişlərdən birində ölkədən çıxışına qadağa qoyulduğunu bildirmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə