Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Müğənni Nazənin xəstəxanaya yerləşdirildi

Müğənni Nazənin Salayeva xəstəxanaya yerləşdirilib.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə müğənni Afət Fərmanqızı sosial media hesabında məlumat verib.

Xəstəxanadan video paylaşan Afət palatada Nazəninlə söhbət edib və həmkarının bir neçə dəqiqədən sonra əməliyyata girəcəyini bildirib.

Müğənni həmkarının keçirəcəyi əməliyyatın plastik və estetik olmadığını söyləyib:

“Son iki gündə Nazənin özünü yaxşı hiss eləmirdi. Təzyiqi yüksək olduğundan onu əməliyyat edə bilmirdilər. Hələ də təzyiqi var. Amma bu əməliyyatı nə qədər tez keçirsə, bir o qədər yaxşıdır. Çünki Nazəninin həyatı təhlükədədir. Əməliyyat 5-6 saat peşəkar cərrah tərəfindən icra ediləcək. Kifayət qədər ciddi və ağır əməliyyatdır”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə