Müxalifətin boş hay-küyü
Azərbaycan qüdrətləndikcə, ölkəmizin nüfuzu artdıqca, dövlətimiz çiçəkləndikcə erməni lobbisi və anti-Azərbaycan qüvvələri hər vəchlə çalışırlar ki, ölkəmizdəki siyasi sabitlik və iqtisadi inkişaf pozulsun. Ölkədə hərc-mərclik, özbaşnalıq hökm sürsün. Özlərini müxalifət adlandıranlar, xüsusilə AXCP hər vəchlə çalışır ki, Azərbaycanda beynəlxalq tədbirlər keçirilməsin. Bir sözlə, ölkəmiz ən geridə qalmış dövlətlərin sırasına qoşulsun. AXCP rəhbəri adlanan Əli Kərimli ( qeyd edək ki, onun sədrliyi hələ təsdiq edilməyib) çalışır ki, hər vəchlə Azərbaycanda siyasi sabitlik pozulsun. COP29 beynəlxalq tədbiri ərəfəsində "görkəmli hüquqşünas", "fəal cəbhəkrat" Əli Kərimli məhkəmə prosesini ortaya atdı və məhkəməyə gəlib qışqırmaq üçün erməni lobbisindən aldığı “bəxşişi zorən mitinqçilərə paylayır ki, onu dəstəkləsinlər. Sual olunur? 69, 70, 71 yaşlı insanların nə işi var Nəsimi rayon məhkəməsinin qarşısında? Qərbdəki ağalarına söz verən Əli Kərimli onların “vacib” tapşırıqlarını yerinə yetirə bilmir və bilməyəcək də. Əli Kərimlinin köməkçilərindən olan Rövşən Həşimli sosial şəbəkələrdə yazıb ki, AXCP-nin qurultayı keçirilib, lakin partiyanın nizamnaməsində qüsurlar var. Məhz buna görə də nə Əli Kərimlinin sədrliyi təsdiq edilir, nə də AXCP-nin qurultayı legitim sayılır. Görəsən “görkəmli hüquqşünas” nə əcəb bu qüsurları tapmayıb, amma aləmə boş-boş dərs verir. Bir sözlə , bu məhkəmə Əli Kərimli tərəfindən yaradılmış bir şoudur. Nə oldu 5 il əvvəl AXCP üzvlüyündən uzaqlaşdırılmış Aydın Əliyev məhz COP29 tədbiri ərəfəsində Əli Kərimlini məhkəməyə verib. Digər tərəfdən isə Aydın Əliyev nə AXCP muzeyi açıb, nə də Əli Kərimli guşəsi. Əgər Əli Kərimli güclü siyasətçi olsaydı , onun partiyası ən güclü partiya olardı, lakin AXCP beş-altı yerə parçalanıb.
Əli Kərimli sosial şəbəkələrdə bildirir ki, ABŞ-nin “Vaşinqton Post” qəzeti Azərbaycanı tənqid edib. “Müxalifət kralı”nın sözlərinə görə, qəzet Əli Kərimlini müdafiə edib. “Vaşinqton Post” qəzetinin müxbirləri bildiriblər ki, onlar Ağ evin əlindən təngə gəliblər. ABŞ Dövlət Departamentinin diktəsi ilə işləyirlər. Onlar azad jurnalist deyillər. Söz, mətbuat azadlığı yoxdur.
Qeyd edək ki, Avropa İttifaqı da özlərini müxalifət adlandıranları danlayıb ki, sizə vəsait vermişik, niyə ölkədə hərc-mərclik yaratmamısınız.
Digər tərəfdən isə Azərbaycanın iqtidar qəzetində işləyən bəzi üzdəniraq jurnalistlər Əli Kərimliyə sağmal inək kimi baxırlar. Ondan pul alırlar ki, onun haqqında heç nə yazmayacaqlar və yazanlara da imkan verməyəcəklər.
Nəhayət, Əli Kərimlinin baş köməkçisi, “qənimətizm” virusuna yoluxmuş Qənimət Zahid, Rəhim Hacıyev yenə də ölkəmizə şər-böhtan atmaqda davam edirlər. Avropada cinsi azlıqların lideri, Fransa prezidenti Emmuenal Makronyanın nökərləri-Tural Sadıqlı, Məhəmmədəli Mirzə və digərləri erməni faşistlərinin böyük bacısını dəstəkləyirlər. Sanki erməni vəhşiliyi və barbarlığı yaddan çıxıb.
“Məşhur teleulduz” , erməni lobbisinin aləti olan , Sevinc Osmanqızı isə bildirib ki, Əli Kərimli intriqa yaratmağı sevir. Digər tərəfdən isə ermənipərəst aparıcı ölkəmiz haqqında öz rəfiqələri ilə boş-boş, və həqiqətə uyğun olmayan verilişlər hazırlayıb özləri-özlərini ifşa edirlər.
Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı və xaricdə yaşayan, özlərini bloger adlandıranlar bilməlidirlər ki, ölkəmizdə Xalq-İqtidar Birliyi sarsılmazdır. Onların mənasız və düşünülməmiş hərəkətləri isə yalnız gülünc doğurur.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”