Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bilmirəm ilk dəfə müəllimin ünvanına "saxtakar" ifadəsini deməyə kim cürət etdi. Onu bilirəm ki, o kimdisə ən böyük günahın sahibi oldu...

Müəllim müqəddəs varlıqdı. Ona hörmət etmək hər kəsin borcudu. Peyğəmbərimiz "Sənə bir hərf öyrədənə min il ibadət eylə" deməklə müəllimin haqqının ödənilməz olduğunu deyirdi. Özümüz müəllimləri cəmiyyətin ən müdafiəsiz zümrəsinə çevirdik. Özünü müdafiəsiz sayan müəllim nə etməlidi? Onsuz da nə desə qəbul olunmaz. Hər tərəfdən müəllimə təzyiq var. Yuxarı təşkilat(lar), valideyinlər, şagirdlər... hamısı müəllimə istədiyini deyə bilər, müəllimsə heç nə deyə bilməz. Çünki o hamıya "borcludu". Bu nə deməkdi? Bu necə yanaşmadı? Ayıbdı, vallah...

Evdə uşaq dəcəllik edir - müəllimdi günahkar, biri işinin öhdəsindən gəlmir - müəllimdi günahkar, məmur özbaşnalıq edir - müəllimdi günahkar, seçkidə saxtakarlıq var - müəllimdi günahkar, uşağını tərbiyyə edə bilmir - müəllimdi günahkar, inək süd vermir, toyuq yumurtamır - müəllimdi günahkar...

Siz müəllimin bu qədər nüfuzdan salmağımızın səbəbini öyrənin. Niyə müqəddəs sayılan bir peşə sahibinin bu qədər cılız sözlərlə təhqir olunmasına şərait yaradırıq???? Olmaz, vallah olmaz. Günahdı, çox böyük günahdı...

Əziz müəllimlər, siz mənim üçün müqəddəssiniz. Sizi alçaldıb, təhqir edənlərin də üstündə haqqınız sonsuzdu. Bəşər tarixində heç bir müəllimin haqqı ödənilməyib. Çünki, bu haqqı ödəmək mümkün deyil. Müqəddəslər isə həmişə təzyiqə məruz qalır...

Qarşınızda baş əyirəm, ƏZİZ, MÜQƏDDƏS MÜƏLLİMLƏR!

Şərafəddin İlkin,

"Orta təhsil" jurnalının baş redaktoru.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə