Qərb ölkələri Rusiyanın neft məhsullarına xam neftə analoji olaraq sanksiyalar tətbiq edəcək
"Bu zaman dünya bazarlarında strateji xammal qıtlığına və inflyasiyanın artmasına yol verməmək lazım gələcək..."
"Dekabrda Rusiyadan dənizlə daşınan neft üçün qiymət həddi öz nəticələrini verməkdədir..."
"Rusiya limanlarından neft ixracı 22 faiz, rublun məzənnəsi dollara nisbətən 10 faiz aşağı düşüb..."
Ukraynanın Qərb müttəfiqləri Rusiya iqtisadiyyatına qarşı sanksiyalar tətbiq etməkdə davam edir, məqsəd Kremlin müharibəni maliyyələşdirmək imkanlarını azaltmaqdır.
Bu barədə "russian.rt" nəşri məlumat yayıb.
Bu günlər əvvəllər Rusiya neftinə qiymət həddi tətbiq edən beynəlxalq koalisiya Rusiyadan neft məhsullarına da bunu tətbiq etmək üçün razılığa gəlib.
Sanksiya tətbiq edənlər qarşısında sadə olmayan vəzifə dayanıb. Bu, bir tərəfdən, Moskvanın müharibəni maliyyələşdirə biləcək gəlirlərini azaltmaq, digər tərəfdən isə dünya bazarında strateji xammal qıtlığına və, beləliklə, inflyasiyanın daha da artmasına yol verməmək vəzifələridir.
Ona görə də müttəfiqlər Rusiyaya qarşı yeni tədbirləri tədricən tətbiq edib nəticələrinə nəzər yetirir. Bundan sonra nəticələrdən asılı olaraq tədbirə korrektələr edilir və ya Rusiya iqtisadiyyatının başqa sekorlarına tətbiq edilir.
Bu sxem üzrə Qərb ölkələri Rusiyanın neft sahəsinə qarşı sanksiyalar tətbiq edir.
2022-ci il dekabrın 5-də müttəfiqlər Avropa İttifaqı ölkələrinə neftin dənizlə tədarükünə embarqo qoyub, bununla birlikdə, Rusiyadan dənizlə daşınan neftin bir barreli üçün 60 dollar qiymət həddi tətbiq edib. Ayyarım keçəndən sonra bu addımı uğurlu hesab etmək olar.
Belə ki, dekabrda Rusiya neftinin limanlardan ixracı 22 faiz aşağı düşüb. Moskva sata biləcəyi xammalı isə tətbiq edilən həddən aşağı satmağa məcbur olub. Vəziyyət dəyişməsə, Rusiyanın büdcəsində 2023-cü ilin nəticələrinə görə kəsir yaranacaq və o, ÜDM-in bir neçə faizini təşkil edəcək.
Tətbiq edilən məhdudiyyəylərin bəzi nəticələri artıq indi görünməkdədir. Belə ki, Rusiya rublunun dollara nisbətən məzənnəsi təxminən 10 faiz aşağı düşüb. Mütəxəssislər qeyd edir ki, bu, neft satışından əldə edilən gəlirlərin azalması səbəbindən Rusiyaya valyuta axınının azalması ilə bağlı ola bilər.
Qərb ölkələri Moskvanın reaksiyasını öyrənib. Qəzəbli ritorikaya rəğmən, Kreml praktiki olaraq özünün əsas ixrac mallarından birinə qiymət həddinin tətbiq edilməsinə heç cür reaksiya verməyib.
Vladimir Putin Rusiya neftinin yalnız müqavilədə göstərilən həddə istinadın olduğu halda satışına qadağa qoyulması barədə fərman imzalayıb. Bu tədbir təbliğat xarakteri daşıyır, çünki müqavilələrdə heç kim heç bir həddə istinad etmir, sadəcə, qiymət yazılır.
İndi Qərb ölkələri analoji tədbirləri Rusiyanın neft məhsullarına qarşı tətbiq etmək istəyir. Bu prosesin başında ABŞ dayanır. Bu günlər ABŞ maliyyə naziri Uolli Adeyyemo on-line formatda dekabrda Rusiya neftinə qiymət həddi tətbiq edən ölkələrin maliyyə nazirləri müavinləri ilə görüş keçirib.
Bu dəfə tərəflər Rusiyadan neft məhsullarına məhdudiyyətlər tətbiq etmək barədə razılığa gəlib. Həm də bunlar iki hədd olacaq. Birincisi, adətən, xam neftin qiymətinə əlavə edilməklə satılan dizel yanacağı və ya benzin kimi neft məhsullarına; ikincisi, xam neftin qiymətilə birgə satılan mazut kimi məhsullara qoyulan hədlər.
Görüşdə iştirak edən Qərbin maliyyə idarə rəhbərləri də mart ayında dekabrən 5-də Rusiya neftinə tətbiq edilən qiymət həddinə yenidən baxılması barədə razılığa gəlib.