Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Namizəd olmayacağı xəbərinə Muradovanın cavabı maraq doğurub

Bu gün mediada Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradovanın YAP-ın namizədlər siyahısında olmadığı barədə məlumatlar yayılıb.

Xeberinmerkezi.az xəbər verir ki, B.Muradova sosial şəbəkə hesabında məsələyə dolayı yolla münasibət bildirib.

"Bu günlər Yeni Azərbaycan Partiyasının namizədlər siyahısına olan diqqətlər birmənalı şəkildə ölkə gündəminə damğasını vurdu. Və nəhayət, erkən parlament seçkilərində iştirak edəcək namizədlərimiz bəllidir.

YAP İdarə Heyətinin bu gün kecirilən iclasında rəsmən təsdiq olundu. Qələbəyə köklənmişik. Qoy güclülər qalib gəlsin!"

Qeyd edək ki, B.Muradova namizədliyinin irəli sürüldüyünü bu statusu ilə qəti şəkildə təsdiq və ya inkar etməyib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə