Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Naxçıvanda beynəlxalq festival baş tutdu 



Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi və Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının, muxtar respublikanın müvafiq dövlət qurumlarının dəstəyi “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı VI Beynəlxalq Rəsm Festivalı keçirilib.

Xeberinmerkezi.az Kult.az-a istinadən xəbər verir ki, festivalın açılışında çıxış edən MM-in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Naxçıvan Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyevaya və festivala dəstək duran hər kəsə təşəkkürünü bildirib.

Q.Paşayeva bir festivalın artıq 6-cı dəfə keçirilməsini və onun ənənəvi xarakter daşımasını iştirakçıların, təşkilatçıların, bütövlükdə sənət aləminin festivala verdiyi önəmin ifadəsi kimi şərh edib.

“Festival Ulu öndər Heydər Əliyevin 100 illik əlamətdar yubileyinə həsr olunub. Festivala Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Rusiya Federasiyası, Finlandiya və Latviyadan rəssamların qatılması festivala bəslənən yüksək marağı göstərir.

Bəli, “Naxçıvan – bəşəriyyətin beşiyi” festivalı yalnız Naxçıvanın deyil, ümumən respublikamızın mədəni həyatında mühüm hadisədir. Mədəniyyət təsərrüfatımız üçün əlamətdar hadisə olan bu festival, rəssamlarımız üçün geniş yaradıcılıq imkanları açır”, - millət vəkili bildirib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə