Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Naxçıvanda da tədris dayandırıldı

2020-ci ilin mart ayının 4-dən 9-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil və peşə məktəblərində tədris prosesi dayandırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə  bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcək. Ümumtəhsil və peşə məktəblərində tədris martın 10-dan yenidən bərpa olunacaq.

Qeyd edək ki, bu gün ümumtəhsil və peşə məktəblərində tədris qrafika uyğun davam edib. Həmçinin bu qərar uşaq baxçalarına da aiddir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə