Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Naxçıvandan Bakıya gələnlər niyə karantinə salınır?

Azərbaycanda xüsusi karantin rejimi xeyli yumşalma ilə mayın 31-nədək uzadılıb və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə ölkənin sərhədləri həmin müddətə qədər bağlı olacaq. Xarici ölkələrdən gətirilən vətəndaşlar isə əvvəlki kimi 14-21 günlük karantində saxlanıldıqdan sonra evlərinə buraxılırlar.

Lakin yerli KİV-lərə daxil olan məlumata görə nəinki xarici ölkələrdən gətirilən vətəndaşlar, eləcə də Naxçıvan muxtar respublikasından Bakıya gələn ölkə vətəndaşları karantində saxlanılır. Bu haqda saytımıza Naxçıvan sakinləri deyiblər. Onların bildirdiyinə görə, Bakıdan Naxçıvana gedənlər üçün karantin tələbi qoyulmayıb, amma nədənsə Naxçıvandan Bakıya gələnlər üçün 14 günlük karantin müddətini keçmək tələbi var. Nəticədə son bir ayda Naxçıvandan gələnlər iki həftə karantində saxlanılırlar. Bu isə insanların əlavə çətinliklər və sıxıntılarla qarşılaşmasına gətirib çıxarır.

Sakinlər bu qərarın məntiqini anlamaqda çətinlik çəkdiklərini deyirlər, çünki Naxçıvan da Azərbaycanın koronavirusun yayıldığı bölgələrindən biridir və məntiqlə digər bölgələrdən, məsələn, Lənkəran və Gəncədən Bakıya gələnlər üçün də 14 günlük karantin müddəti qoyulmalı idi. Hansı ki, heç bir ölkə koronavirusa görə bir bölgədən digər bölgəyə gedənlər üçün karantin müddəti tətbiq etməyib.

Qeyd edək ki, Bakıda əslində xüsusi karantin rejimi son günlər xeyli liberallaşıb və ara-sıra polis postları istisna olmaqla insanların sərbəst hərəkəti üçün demək olar maneə yoxdur.

Məsələ ilə bağlı yaxın saatlarda Operativ Qərargahın mövqeyini öyrənməyə çalışacağıq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə