Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nazirdən Bakı yol polisinə yeni təyinat

Bakı Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

Xeberinmerkezi.az yerli KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu posta Rəşid Piriyev gətirilib.

BDYP-nın rəisi Nuşirəvan Səfərov işdən azad olunandan sonra rəis vəzifəsini R.Piriyev icra edirdi. Bu gün isə onun vəzifəsi rəsmiləşdirilib.

Yeni rəis bu təyinata qədər İdarənin rəis müavini işləyib. Ondan əvvəl isə Beyləqan Rayon Polis Şöbəsinin rəisi olub.

Rəşid Piriyev Qarabağ döyüşlərinin fəal iştirakçısı olub, qazidir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə