Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nazirlik Kukla Teatrında yoxlamalara başlanılmasının səbəbini AÇIQLADI

22 Noy, 2022
11:50
2374
93
15


Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Kukla Teatrında araşdırma aparması barədə açıqlama verib.

Nazirlikdən bildirilib ki, qurum tərəfindən həyata keçirilən islahatlar çərçivəsində nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabe qurumların fəaliyyəti yoxlanılır:

“Aşkar edilən nöqsanlarla bağlı müvafiq tədbirlər görülür. Nazirliyin tabeliyində fəaliyyət göstərən teatrlarda da yol verilən pozuntu hallarına dair nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb.

Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb”.

Qeyd edilib ki, xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək.

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Kukla Teatrında yoxlamalar aparır.

“Report” xəbər verir ki, nazirliyin araşdırmaları noyabrın 18-dən başlayıb.

Yoxlamanın keçirilməsinə rejissor Səidə Haqverdiyevanın mətbuatda səsləndirdiyi iddiaların səbəb olduğu bildirilir.

Qeyd edək ki, S.Haqverdiyevanın sözlərinə görə, mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında biletlərin qiymətinin artırılmasını təklif edib. Keçmiş məmur təklifini Kukla Teatrının ötən ilin dekabr ayında keçirilən 90 illik yubileyində səsləndirib.

Rejissor bildirib ki, teatrın direktoru Rəşad Əhmədzadə təklifə etiraz edib. Bu isə Elnur Əliyevin xoşuna gəlməyib. Həmin görüşdən sonra teatrın illik plan proqnozu 50 faiz artırılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə