"Nexta" qurucusu Minskdə belə yaxalandı - Açıqlama
Belarus dövlət televiziyası - “Belarus 1”in efirində “Nexta” Teleqram kanalının qurucusu Roman Protaseviçin hansı şəratidə yaxalanması məsələsinə aydınlıq gətirilib.
Xeberinmerkezi.az-ın məlumatına görə, Protaseviçlə birlikdə təyyarəyə minməyə hazırlaşan sevgilisi səfəröncəsi çəkdiyi fotonu digər bir bloger - Anton Motolkoya göndərib və o da həmin fotonu Teleqram səhifəsində paylaşıb.
Bundan xəbər tutan hüquq-mühafizə orqanları dərhal hərəkətə keçərək müvafiq tədbirlər görməyə başlayıblar.
Qeyd edək ki, Afinadan Vilnüsə uçan təyyarə Minskdə təcili eniş edib. Əvvəlcə bildirilib ki, təyyarədə bomba var və axtarış aparılacaq. Daha sonra bomba məlumatının yalan olduğu üzə çıxıb.