Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Niftulla Əsgərov dəfn olundu



Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor” əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H.Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B.Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”nda Əliəşrəf bəy və s. obrazları canlandırıb.

***

Əməkdar artist Niftulla Əsgərov dəfn olunub.

Mərhum Lənkəranın Girdəni kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfndə aktyorun ailə üzvləri, teatr kollektivi və ictimaiyyətin nümayəndələri iştirak edib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə