Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu olub

Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu olub

 Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında xizəkçiliyin sərbəst üsulla komanda yarışında bürünc medal qazanan norveçli Marit Byorgen rekorda imza atıb.

“Report” xəbər verir ki, 37 yaşlı atlet Qış Olimpiya Oyunlarında ən çox medal qazanan idmançı ünvanına sahib çıxıb. 

Ümumilikdə, 14-cü dəfə fəxri kürsüyə yüksələn M.Byorgen (7 qızıl, 4 gümüş və 3 bürünc) biatlonçu həmyerlisi, hesabında 13 medal olan (8 qızıl, 4 gümüş və 1 bürünc) Ule Eynar Byorndaleni geridə qoyub.

Qeyd edək ki, Marit Byorgen Mayken Falla ilə birgə üçüncü olublar. ABŞ idmançıları Kikkan Rendall və Cessika Diggins qızıl, isveçli Şarlott Kalla və Stina Nilsson isə gümüş medal qazanıblar.

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə