Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Növbədənkənar parlament seçkilərinə 569 nəfərin namizədliyi təsdiq olunub

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 901 namizəd müraciət edib.

Xeberinmerkezi.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədlərin 149 nəfəri 11 siyasi partiya tərəfindən irəli sürülüb.

Beş nəfər təşəbbüs qrupları tərəfindən, 752 nəfər isə fərdi qaydada namizədliklərini irəli sürüb.

MSK sədri bildirib ki, həmin müraciət edən şəxslərin 569 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 439 nəfəri isə imza vərəqələrini götürüb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə