Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Nurməhəmmədov rəqibinin kəmərini təpikləyərək kənara atdı

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov rəqibi Toni Ferqyusonun kəmərini təpikləyərək kənara atıb.

“Life Shot” “Telegram” kanalı bununla bağlı kadrları yayımlayıb.

Məlumata görə, Nyu-Yorkda mətbuat konfransından sonra ənənəvi “baxışlar mübarizəsi” zamanı Toni Ferqyuson özünün çempionluq kəmərini döşəməyə qoyub və deyib:

“Mənim kəmərimə qarşı sənin kəmərin”.

Rusiyalı döyüşçü buna cavab olaraq rəqibinin kəmərini təpiyi ilə səhnədən atıb.

Bundan sonra tərəfdarları idmançıları səhnənin müxtəlif tərəflərinə çəkib.

Qeyd edək ki, Nurməhəmmədov aprelin 19-da UFC turnirində Toni Ferqyusonla qarşılaşacaq.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə