Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib
07 mart, 2017 16:00

07 mart 2017-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib.  

            Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə “Yel çərşənbəsi” münasibəti ilə tələbələri, eyni zamanda qarşıdan gələn “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbirdə iştirak edən xanım tələbələri təbrik etmiş, İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.

N.Novruzov çıxış edərək Dövlət Gənclər Siyasəti, kütləvi bədən tərbiyəsi və idman siyasəti sahələri üzrə görülmüş və görüləcək tədbirlər haqqında geniş məlumat vermiş və bu gün Azərbaycan gənclərinin vətənpərvər olduqlarını, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiklərini qeyd edib. Bildirib ki, ölkəmizin haqq səsini dünyaya bəyan edən, mötəbər beynəlxalq yarışlarda uğurlar qazanaraq üçrəngli bayrağımızı yüksəyə qaldıran şəxslər məhz Azərbaycan gəncləridir. Gənclərimizin savadlı, bilikli olmalarının, onların informasiya-kommunikasiya texnologiyalarını, habelə xarici dilləri mükəmməl bilmələrinin zəruriliyini vurğulayan N.Novruzov bunun üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını bildirirb. Bu gün Azərbaycanın sürətli inkişafını, əldə etdiyi uğurları gözü götürməyən qüvvələrin olduğunu bildirən İdarə rəisi deyib ki, bunun üçün gənclərimiz fəallıqlarını daha da artırmalıdırlar. Bu gün ölkəmizdə Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin fonunda ölkəmiz bir çox uğurlara imza atıb. Hazırda respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində özünün nadir inkişaf dövrünü yaşayır və iqtisadi potensialını ilbəil artırır.

Sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov İdarə tərəfindən yaradılan şəraitə və tələbə-gənclər təşkilatları ilə yaranmış sıx əməkdaşlığa görə öz minntədarlığını bildirdi. T.Əkbərov qeyd etdi ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uğurlu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin gərgin səyi nəticəsində bu gün Azərbaycan müstəqil, ədalətli, demokratik, dünyəvi dövlət kimi yeni qələbələrə doğru inamla irəliləyir.

Daha sonra İdarə rəisi gəncləri maraqlandıran sualları cavablandırıb, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən tədbirlərdə yaxından iştirakına və təhsilində fərqləndiyinə görə 11 nəfər Təşkilatın fəal üzvləri Rayon Gənclər və İdman  İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən "Fəxri Fərmanlar" ilə təltif edilmişlər.

Sonda Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyevin imzası ilə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində göstərdiyi xidmətlərə, Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının fəaliyyətində göstərdiyi dəstək və köməkliyə görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzova Fəxri Fərman təqdim edildi.

07 mart 2017-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə