Odun yığıb qayıdan ata və oğul qəzada öldü
Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xeberinmerkezi.az xəbər verir ki, hadisə Miskinli kəndində qeydə alınıb.
Dünən axşam saatlarında meşədən odun yığaraq qayıdan “Zil-131” markalı maşın çaya aşıb.
Nəticədə Qalakənd kənd sakinləri, 1964-cü il təvəllüdlü Vəliyev Şahin İsaq oğlu və onun oğlu 1990-cı il təvəllüdlü Vəliyev Etibar Şahin oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.