Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ölkədə daha 352 nəfər koronaya yoluxdu, ölənlər var

Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə yerli KİV-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd edilir ki, COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 309 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4 146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə