Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
Azərbaycanda koronavirus infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 240 960 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402-dir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 945, bu günə qədər isə ümumilikdə 2 710 126 test icra olunub.